Bu proqramın köməyi ilə uşaqlarınız çox kiçik yaşlarda Azərbaycan əlifbasının bütün hərflərini öyrənəcəklər. Bu metodun üstünlüyü ondadır ki uşaqlarınız oynayaraq öyrənəcək. Öyrənmək artıq sıxıcı deyil əyləncəlidir.Oyun iki hissədən ibarətdir. Öyrənmək və oynamaq. Uşaqlar hər birində 4 hərf olmaqla 8 dərs vasitəsilə bütün hərfləri öyrənəcəklər. Daha sonra öyrəndikləri hərfləri necə yadda saxladıqlarını yoxlamaq üçün əyləncəli oyun ilə öyrəndikləri hərfləri yaddaşlarında daha da möhkəmlədəcəklər.